Rəfsəncaninin ailə üzvlərinə hücum edilib
APA-nın “jomhourieslami” saytına istinadən verdiyi məlumata görə, hadisə Tehranın “Rey şəhər” deyilən ərazisində yerləşən Əbdüləzim Həsəni ziyarətgahında keçirilən yas məclisində baş verib.
H. Rəfsəncaninin oğlu Möhsin Haşimi, qızı və bacısı qızları məclisdən çıxarkən mülki geyimli şəxslər tərəfindən onlara hücum edilib. Mülki geyimli naməlum şəxslər “Rəfsəncaniyə ölüm!”, “Münafiqlər!” deyə qışqırıblar. Mərasim iştirakçıları hadisəyə müdaxilə edərək Rəfsəncaninin ailəsini oradan uzaqlaşdırıblar.

574