7 uşaq atası arvadını öldürüb, qril aparatında yandırıb...
22 fevral 2011 21:24 (UTC +04:00)

7 uşaq atası arvadını öldürüb, qril aparatında yandırıb...

0
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 34 yaşlı Edelin 2006-cı ildə sərxoş əri ilə mübahisə etdikdən sonra öldürülüb. Həmin vaxt cütlük boşanma barədə sənədləri hazırlayırlarmış. Benua Pie Edelinin cəsədini həyətdə basdırıb, polisə isə deyib ki, o, evdən çıxıb və qayıtmayıb.

İki il sonra isə 38 yaşlı Benua Pie Edelinin cəsədini çıxarıb və onu qril aparatında yandırıb. Benua Pie polisə ifadələrinin birində isə deyib ki, Edelini basdırıb, cəsədini də məhv edib. Əvvəlcə 7 uşaq atası xanımını özü öldürdüyünü inkar edib, onun özünə sui-qəsd etdiyini bildirib. Sonra isə ifadəsini dəyişib, Edelini tanımadığı bir şəxsin öldürdüyünü, əgər danışarsa, uşaqlarını da öldürəcəyini söyləyib. Sonda isə əsl həqiqəti etiraf edib.

Benua Pie üzərində məhkəmə prosesi fevralın 22-də başlayıb. Məhkəmə hökmünün fevralın 25-də elan ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar