Bu uşaq yatsa, öləcək - FOTO
Lent.az-ın “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, bu xəstəlik indiyə qədər dünyada 300, Türkiyədə isə 10 uşaqda rast gəlinib. Söhbət tənəffüs pozğunluğu xəstəliyindən gedir. Belə insanlar yuxuya gedən zaman nəfəs almağı “unudur”. Həkimlər bildiriblər ki, anadan olduqdan sonra 3 ay reanimasiya şöbəsində yatan Gülsüm tənəffüs cihazına bağlı olmadan yuxulayarsa, həyatını itirəcək.
İndi hər gün evdə bu cihazla yatan və sağalacağı günü səbirsizliklə gözləyən Gülsümün ailəsi maddi imkansızlıq ucbatından ayda 2 dəfə dəyişməli olan cihazın borularını da dəyişdirə bilmir. Çünki bunun üçün 145 dollar lazımdır. Buna görə də Gülsüm 1 ildir ki, çirklənmiş borularla nəfəs almalı olur.

523