“Hizbullah” etiraz aksiyalarının yatırılmasına qatılır
Bu yarım hərbi dəstə öz funksiyasına görə keçmiş SSRİ zamanı fəaliyyət göstərən “xalq könüllülərinə” – “drujinaçılara” çox oxşayır. Ancaq Moskva bu qüvvəsindən daha çox asayişin yaradılması və s. bu sayaq ictimai işlərdə yararlanırdı. Tehran hakimiyyətinin “bəsicisi” isə İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, rejimin etibarlı qüvvəsidir. Onların bəslənməsinə və saxlanılmasına rəsmi şəkildə büdcə ayırılsa da, məbləğ elan olunmur.
Tehran hakimiyyəti 2009-cu ilin yayında bəsiclərdən dinc etirazçılara divan tutulmasında yetərincə yararlandı.
Bu günlərdə Tehranda və ölkənin başqa şəhərlərində keçirilmiş etiraz aksiyalarını dağıtmaq üçün hakimiyyət yenidən polisdən və bəsiclərdən istifadə edib. “Əl -Ərəbiyyə” telekanalının məlumatına əsasən, onlarla aksiya iştirakçısı bu qüvvələr tərəfindən döyülüb.
Seçkidən sonrakı müxalifətin liderlərindən biri, Mehdi Kərrubinin evinə hücum olduğu barədə də məlumat yayılıb. Onun yaşadığı mənzili ETTELAAT-ın mülki geyimli məmurları və bəsicilər tərəfindən nəzarət altında saxlanılır. Bu insanlar M.Kərrubinin qonşularına bildiriblər: “Mehdi Kərrubi və xanımının başını kəsib şəhərdəki dirəklərə taxmaq üçün ali rəhbər ayətulla Xamneyidən göstəriş gözləyirik”.
Amma Tehran hakimiyyəti təkcə bəsiclər, ETTELAAT məmurları və onların əlaltıları ilə kifayətlənməyərək, başqa güclərdən də yararlanır.
“Əş-Şərq əl-Ousat” qəzetinin Tehran hakimiyyətinə müxalif, hazırda mühacirətdə fəaliyyət göstərən Xalq Mücahidləri Təşkilatına istinadən bildirdiyinə görə, İslam Respublikası Livandakı “Hizbullah”çılardan da etiraz aksiyalarına hücum etmək üçün istifadə edib.
Mənbə bildirib ki, 1500 “Hizbullah” döyüşçüsü müxalifətin Tehranda və ölkənin başqa şəhərlərində keçirdiyi aksiyaların yatırılmasında, yaxud dağıdılmasında iştirak edib.

496