Böyük Britaniya şahzadəsindən FİFA prezidentinə orijinal etiraz - FOTO
Lent.az-ın məlumatına görə, bu barədə “The Sun” qəzeti şahzadəyə yaxın mənbələrə istinadən xəbər yayıb. Uilyams 2018-ci il dünya çempionatının təşkilatçılıq hüququnun İngiltərəyə yox, Rusiyaya verilməsinə qəzəblənib. O, İngiltərənin sifariş ərizəsinin təqdimatında iştirak edən nümayəndə heyətinin üzvü olub. Şahzadə sözünün yerə salınmasına cavab olaraq, Blatterə qızılı rəngli toy dəvətnaməsi göndərməyib.
Əvəzində Uilyams Böyük Britaniyanın baş naziri Devid Kemeronla məşhur futbolçu Devid Bekhemi xanımları ilə birgə çağırıb. 28 yaşlı Uilyams özündən bir yaş böyük Keyt Midltonla nikahına ictimai və özəl həyatındakı yaxınlarını dəvət edib. Ümumiyyətlə, 1900 nəfərə dəvətnamə göndərilib. Onlardan 1300-ü yalnız toy mərasiminə, 600-ü isə əlavə olaraq, Kralın təşkil etdiyi nahara çağırılıb.

586