Qəzzafi Liviya paytaxtına nəzarəti itirdi
Liviya təhlükəsizlik qüvvələri artıq paytaxt Tripoliyə nəzarəti tamamilə itirib. Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Tripolidəki beynəlxalq aeroport da Müəmmər Qəzzafi əleyhdarlarının nəzarətindədir. Polisin olmadığı Tripolidə hazırda qayda-qanunu drujina dəstələri qorumağa çalışır. Paytaxtdakı əksər polis şöbələrinin binası yandırılıb.
Hazırda Tripolidə Prezident Sarayı da yanır. Liviya rəhbəri Müəmmər Qəzzafinin harada olduğu məlum deyil.
O da bildirilir ki, bu gün təhlükəsizlik qüvvələri və aksiyaçılar arasında baş verən qarşıdurmada 61 nəfər öldürülüb.

622