Tehran terrorçular kimi davranır
21 fevral 2011 15:24 (UTC +04:00)

Tehran terrorçular kimi davranır

Lent.az-ın məlumatına görə, Almaniya xarici işlər naziri Gido Vestervelle vətəndaşlarını ölkəyə gətirmək üçün Tehranda səfərdə olub. O, iranlı həmkarı Əliəkbər Salehiyə “dövlətlərarası münasibətləri dəstəklədiyinə görə” təşəkkürünü bildirib.

Diplomatlar görüş zamanı insan haqlarının qorunması və demokratiyanın inkişafı məsələsini də müzakirə ediblər. “MIGnews”in məlumatına əsasən, Almaniya dövləti onların hər birinə görə 50 min dollar məbləğində cərimə ödəyib.

İslam Respublikasının məhkəməsi bu jurnalistləri 24 aylığına azadlından məhrum etmişdi.

Qeyd edək ki, “Bild am Sonntag” qəzetinin əməkdaşları 2010-cu ilin oktyabrında zina etməkdə və həyat yoldaşını qətlə yetirməkdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılmış Səkinə Aştianinin oğlu Səccad Qədirzadə və vəkilindən müsahibə götürdükləri üzrə saxlanılıblar. Tehran hakimiyyətinin Qərb ölkələrinin vətəndaşlarını əvvəlcə “casus” kimi mühakimə etməsi, bir müddət sonra isə müəyyən məbləğdə pul qarşılığında sərbəst buraxması ilk hadisə deyil.

Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç amerikalı turist tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fettal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırdılar. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar səyahət edərkən, İraqın Şimalındakı dağlarda azıblar.

İranın təhlükəsizlik qurumları onları ABŞ-ın kəşfiyyat xidmətinə işləməkdə suçlayırdı. İslam Respublikası keçmiş informasiya və təhlükəsizlik naziri Heydər Mösüli İran “PressTV”sinə müsahibəsində onların “sərəhdi qanunsuz keçdiyini” söyləmişdi.

ABŞ dövlət departamentinin təmsilçisi Fililip Krouli isə öz növbəsində ölkəsinin kəşfiyyat qurumları ilə həmin şəxslərin əlaqəsi olmadığını vurğulamışdı.

Tutulanlardan birinin - Sara Şordun anası İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların “İrana zərər vurmaq niyyəti olmadıqlarını” bildirmişdi.

Ötən ilin payızında Tehran hakimiyyəti ABŞ vətəndaşı Sara Şordu girov qarşılığında sərbəst buraxdı.

Onda Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi məsələ ilə bağlı belə açıqlama verib : “Amerikalı casus 500 min dollar girov qarşılığında sərbəst buraxıla bilər. O biri iki amerikalı isə dəmir barmaqlıqlar arxasında saxlanılacaq”.

İran hakimiyyəti bunu “humanitar davranışı” adlandırırdı. Sən demə, bu “humanizmin” qiyməti düz 500 min dollar imiş. Elə məhbusların valideynlərinin İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciətini də bu baxımdan faydasız saymaq olar.

Məsələnin başqa bir tərəfi də var. Belə düşünmək olar ki, düşdüyü indiki böhranlı vəziyyətdə ölkə rəhbərliyi xarici ölkə vətəndaşlarının əvvəl girov götürür, sonra onların müəyyən məbləğ qarşılığında sərbəst buraxaraq, özünü “humanist” göstərir. Bu baxımdan amerikalı “casus”a görə, 500 min dollar, almanların ikisindən bir yerdə yüz min dolların alınması da İran hakimiyyətinin mahiyyətindən xəbər verir. Lap elə terrorçular kimi.

Yeri gəlmişkən, İran KİV-in məlumatına əsasən, Sara Şurd İrana qarşı film çəkmək niyyətindədir. Bu sənədli film onun dostları (hələ də həbsdə olan Şeyn Baver və Coşua Fettal) ilə birlikdə İran həbsxanasında keçirdikləri vaxtdan bəhs edəcək.

Məlumata əsasən, 25 dəqiqəlik bu film “Şena və Coşanı azad edin - əzablar haqqında təcili istək” adlanacaq. Filmin rejissoru və prodüsseri Cef Kaufmanın olacağı gözlənilir.

Bu aksiya ABŞ-ın bir sıra universitetləri və hüquq qurumları tərəfindən dəstəklənir.

Haşiyə. Tehran hakimiyyəti barəsində alman jurnalistlərin də yazılar yazacağı istina edilmir. Jurnalistlər həbs edib, satsa da, sərbəst buraxılanların İran rəhbərliyi haqda çıxışları bu rejimə baha başa gəlir...

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar