İran konsulu Fransaya qaçıb
21 fevral 2011 09:49 (UTC +04:00)

İran konsulu Fransaya qaçıb

Lent.az-ın İranın müxalif informasiya mənbələrinə istinadən məlumatına görə, ölkənin İtaliyanın Milan şəhərindəki konsulluğunun birinci katibi Əhməd Malikiöz vəzifəsini icazəsiz tərk edərək, Fransaya qaçıb və oradan siyasi sığınacaq istəyib.

Ə.Maliki seçkidən sonrakı müxalifətin liderlərindən biri, parlamentin keçmiş sədri Mehdi Kərrubinin yaxın qohumudur.

Xəbəri rəsmi mənbələr hələ təsdiqləməyib.

Xatırladaq ki, keçən ilin əvvəlində İranın Norveçdəki konsulu Məhəmmədrza Heydəri fəaliyyət göstərdiyi ölkədən sığınacaq istəmişdi. 2010-cu ilin sentyabrında iranlı diplomat Hüseyn Əlizadə Finlandiyada hakimiyyətindən uyğun xahişi etmişdi. Elə həmin vaxt İslam Respublikasının Belçikadakı səfirliyinin əməkdaşı Fərzad Fərxancan da Norveçdən sığınacaq istəmişdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar