Qəzzafi Liviyadan qaçıb?
“Al-Arabiya” telekanalının müxalif mənbələrə istinadən Liviya lideri Müəmmər Qəzzafinin ölkənin tərk edərək təyyarə ilə Venesuelaya uçması barədə xəbər təsdiqini tapmayıb.
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, bunu xalqa televiziya ilə müraciətində Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam söyləyib.
Müəmmər Qəzzafinin paytaxt Tripolidə olduğunu bildirən Seyf əl-İslam deyib ki, Liviya lideri paytaxtı tərk etməyib və paytaxt uğrunda döyüşlərə rəhbərlik edir. O, son nəfərə, son gülləyə qədər döyüşəcəklərini və qalib gələcəklərini dilə gətirib. Ordunun Müəmmər Qəzzafi rejimini müdafiə etdiyini bəyan edən Seyf əl-İslam müxalifət tərəfdarlarının hərbi baza, tanklar və silahlar ələ keçirdiyini və bir neçə hərbi qulluqçunun öldürüldüyünü də təsdiqləyib.
Seyf əl-İslam ölkədə tezliklə islahatlar keçiriləcəyini qeyd edib və bu gün Milli Konqres yaradılmasını təklif edib: Ölkənin yeni mərhələyə keçməsi üçün bu, vacibdir. Başqa variantlarda ölkə kiçik əmirliklərə parçalanacaq və vətəndaş müharibəsi qaçılmaz olacaq.
Liviyanın şərqində qiyama rəhbərlik edən əl-Zuvaya isə neft ixracını dayandıracağı ilə hədələyib. İslam Hərəkatının Siyasi Bürosunun üzvü Anis aş-Şərif isə Liviyanın parçalanma ərəfəsində olması barədə Müəmmər Qəzzafinin oğlunun söylədiklərini təkzib edib.
Xatırladaq ki, artıq paytaxt Tripolinin ən azı 4 meydanı müxalifətin nəzarətindədir.

554