BMT baş katibi Bəhreyn hakimiyyətinə xəbərdarlıq etdi
18 fevral 2011 15:28 (UTC +04:00)

BMT baş katibi Bəhreyn hakimiyyətinə xəbərdarlıq etdi

BMT baş katibi Pan Gi Mun Bəhreyndə nümayişçilərə qarşı həddən artıq güc tətbiq olunmasından narahatlıq keçirdiyini ifadə edib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, BMT baş katibi həm Bəhreyndə, həm də nümayişlərin keçirildiyi digər ərəb ölkələrində tərəfləri dözümlü olmağa çağırıb.

Pan Gi Mun Bəhreyn hökumətini mülki vətəndaşlara və jurnalistlərə güc tətbiq etməməyə çağırıb. O, dövlətin dinc aksiyalar keçirən insanların haqlarına sayğı göstərməsinin vacib olduğunu və hökumətin bu istiqamətdəki öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb. BMT-nin xüsusilə dinc aksiyalar keçirmə və toplanma haqqı ilə söz və mətbuat azadlığına böyük önəm verdiyini qeyd edən BMT baş katibi bölgədəki bütün liderlərin xalqlarını diqqətlə dinləmələrini və onların legitim istəklərinə cavab vermələrini istəyib. Hazırda təzyiqə deyil, ciddi islahatlara ehtiyac olduğunu söyləyən Pan Gi Mun bəyan edib ki, əgər ehtiyac olarsa, BMT bölgə ölkələrində azad və şəffaf seçkilərin keçirilməsinə yardım edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar