Bəhreyndə öldürülən aksiyaçıların dəfn mərasimi keçirilir
18 fevral 2011 15:17 (UTC +04:00)

Bəhreyndə öldürülən aksiyaçıların dəfn mərasimi keçirilir

Bu saatlarda Bəhreynin paytaxtı Manamada fevralın 16-dan 17-ə keçən gecə İnci Qovşağı meydanında öldürülən aksiyaçıların dəfn mərasimi keçirilir. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəfn mərasiminə çıxan minlərlə insan ölkədəki kral rejiminə son qoyulmasını tələb edir.

Qardaşı aksiyalarda güllənərək öldürülən Əhməd Mekki əbu-Taki deyib ki, onlar əvvəlcə 1971-ci ildən baş nazir postunu tutan kralın əmisi Xəlifə ben Salmanın istefasını tələb ediblər: “Ancaq indi biz bütünlüklə kral ailəsinin hakimiyyətdən getməsini istəyirik. Tökülən qanlar yetər!”
Ölkədə əsas müxalif siyasi təşkilat olan Vəqf Partiyası isə şiə əhalini dözümlü olmağa çağırıb. Partiyanın lideri Əli Salman Manama ətrafındakı məzarlıqda toplaşan minlərlə insan qarşısında çıxış edərək deyib ki, kral rejiminin heç vaxt onları zorakılığa sürükləməsinə yol verməyiblər: “İndi kral hakimiyyəti bu qanlı aksiyadan sonra mahiyyətini ortaya qoyub. Ancaq biz yenə də xalq hərəkatının dinc xarakterdə davam etməsinə nail olmalıyıq. Yaranmış böhrandan yeganə çıxış yolu baş nazirin seçki yolu ilə seçildiyi konstitusiyalı monarxiya rejiminə keçiddir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar