Tunisin devrilmiş prezidenti də komaya düşdü
Lent.az-ın məlumatına görə, bunu Məğrib Universitetinin professoru Nikolya Bo adı çəkilməyən “etibarlı” mənbəyə istinadən bildirib.
Onun sözlərinə görə, eks-prezident Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki kral xəstəxanasına yerləşdirilib. Tunisin keçmiş liderinin vəziyyətinin çox ağır olduğu bildirilir.
Bin Əlinin xəstəxanaya yerləşdirildiyini İsrailin “JSSNews” saytının diplomatik mənbəsi də bildirib.
Xatırladaq ki, bundan əvvəl Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin də komaya düşdüyü iddia olunurdu. Sonradan müxtəlif mənbələr bu informasiyanı təkzib ediblər. Amma Mübarəkin səhhəti ilə bağlı hələ də dəqiq məlumat yoxdur.

619