Tehranda İslam birliyi konfransı keçiriləcək
17 fevral 2011 19:12 (UTC +04:00)

Tehranda İslam birliyi konfransı keçiriləcək

Fevralın 19-dan martın 3-dək İran paytaxtında İslam birliyinə həsr olunmuş məsələlərə dair beynəlxalq konfrans keçirilməsi planlaşdırılıb.

Dünya İslam təriqətlərinin yaxınlaşması birliyinin baş katibi, eləcə də İran İslam mədəniyyəti və əlaqələri təşkilatının başçısı ayətullah Məhəmmədəli Təsxiri İRİB-ə (İran teleradio şirkətinə) müsahibəsində deyib. Onun sözlərinə görə, dünyanın 75 ölkəsindən 250 tanınmış islam dini xadimlərinin konfransa qatılacağı gözlənilir.

Ayətulla Təsxiri deyib ki, İslam Respublikasının əsas vəzifəsi mənbəyi Quran və Sünnə (Məhəmməd peyğəmbərin hədisləri və dini ayin icrası) olan islam cəmiyyətlərinin birliyini yaratmaqdır. Onun sözlərinə görə, Tehran konfransında Yaxın Şərq islam dövlətlərində oyanış və birliyin yaranması məsələlərinin öyrənilməsidir.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar