Kollec müəlliməsinin siyasətə sirli vidası - HEKAYƏT
O, Yeni Zelandiyanın ilk qadın Baş naziri kimi adını TARİXƏ yazdı!
O, Milli Partiyanın ilk və yeganə qadın lideridir!
Parlament üzvü, nazir, Baş nazir...
1975-ci ildə Milli Partiyaya qoşulan xanım Şipli 1987-ci ildə keçirilən parlament seçkilərində Eşburtondan deputat mandatı qazandı. O, həmin tarix üçün ölkəsinin ən gənc (35 yaşlı) deputatı idi. ...Və o, bu seçki dairəsini 2002-ci ilədək – siyasətdən gedənə qədər təmsil etdi.
1990-cı il seçkilərində Milli Partiya qalib gəldi və xanım Şipli öncə Sosial Rifah naziri, sonra Qadın işləri üzrə nazir, daha sonra isə Səhiyyə naziri oldu.
Cenni Şipli (Dame Jenny Shipley) Sosial Rifah naziri olarkən, dövlətdən gələn müavinətləri azaltmaq kimi ziddiyyətli bir addım atması, 1993-cü ildə – Səhiyyə naziri olduqda isə ictimai səhiyyə xidmətini özəlləşdirmək üçün atdığı addımlarla ziddiyyəti bir ortamın yaranmasına səbəb oldu.
Milli Partiya lideri Cim Bolqerin koalisiyaların təsirinə məruz qalaraq addım atması Şiplinin xoşuna gəlmirdi. Ona görə də, o, tezliklə özünə dəstək toplamağa başladı. Bolqer Şotlandiyada rəsmi səfərdə olanda partiyadakı həmkarlarından onu dəstəkləmələrini istədi. Bolqer artıq partiyasında heç bir dəstəyin olmadığını gördükdə istefa verdi və Şipli onu əvəz etdi. Hakim partiyanın lideri kimi o, 1997-ci il dekabrın 8-də Baş nazir oldu!
Artan iqtisadi artıma baxmayaraq, Şiplinin hakimiyyəti qeyri-stabil oldu. Özəlliklə də Milli Partiya ilə Yeni Zelandiya Partiyası arasında əlaqələr kəsildi. Yeni Zelandiya Partiyasının lideri Piters tezliklə Şipli hökumətindən dəstəyini kəsdi. Ancaq bir çox “Yeni Zelandiya”çı koalisiyanı davam etdirmək istəyirdilər. Buna görə də onlar Piteri partiya liderliyindən uzaqlaşdırmaq niyyətində idilər. Bu cəhd alınmadıqda isə onlar partiyanı tərk edərək, ya müstəqil fəaliyyət göstərməli, ya da özlərinin partiyalarını yaratmalı idilər. Situasiya özü öz yolunu diqtə edirdi... Şipli isə Milli Partiyanı hakimiyyətdə saxlamaq üçün həmin deputatlardan kifayət qədər dəstək qazandı!
Şipli Milli Partiya üçün səs verənlərin sayını artırmaq üçün daha öncələr heç bir Baş nazirin atmadığı addımları atmaqdan belə çəkinməmiş, hətta mavilərin və lesbiyanların paradına qoşulmuşdu...
Məğlubiyyəti və istefası
1999-cu il seçkilərində Helen Klark liderliyindəki Leyboristlər Partiyası Milli Partiyanı məğlubiyyətə uğratdı. 2001-ci ilə kimi partiya lideri olmağa davam etdirən Şipli, bir müddət sonra parlamenti də tərk etdi. (2000-ci ildə səhhətində ciddi problemlər yaranan keçmiş Baş nazir infarkt keçirdi.)
Bacarıqlı, cürətli və xeyriyyəçi Cenni Şipli
Cenni Şipli 2007-ci ildə maliyyə xidmətləri firmasında işləməyə başladı. O, Çinin 3-cü ən iri bankı olan Çin Tikinti Bankı Direktorlar Şurasının üzvüdür və bu Şuranın üzvü olaraq Çin iqtisadiyyatı ilə yaxından maraqlanır. Onun bankdakı vəzifəsi kifayət qədər məsuliyyətlidir, çünki bankın həm kapitalı, həm də işçi qüvvəsi durmadan artır. Ancaq Şipli gələcək planlarından əmindir və tezliklə bankın yeni uğurlarını görəcəyini deyir.
Hələ iki il qabaq bankın bütün pul köçürmələrinin kağız üzərində edildiyini deyən Şipli hazırda bütün ölkə ərazisində pul maşınlarının quraşdırıldığını deyir. 3 il qabaq Yeni Zelandiya bank kartı ilə Çində pul çıxarmaq qorxulu nağıla bənzəyirdi, indi isə bunu Şanxayın hər bir küncündə etmək olar.
O, hətta ABŞ-la Çin arasında münasibətlərin düzəlməsində rolu olduğunu da qeyd edir. Xanım Şipli zamanında – Vellinqtonda OPEK sammiti keçirilərkən, Çinin o vaxtkı prezidenti Sianq Sameni ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonla görüşdürmüşdür.
2002-ci ildə Şipli əri ilə birlikdə oğulları Benə Şanxayda Çin bazarına qatılmaq istəyən şirkətlərə yardım edən biznes qurumunun əsasını qoymağa kömək etdilər. Yaxın 25 il ərzində Çində biznes qurmaq üçün güclü şəbəkənin olmasının vacibliyini vurğulayan Şipli, burada çox az Yeni Zelandiyanın şirkətinin biznesə qoşulmasından şikayətlənir.
O, siyasətə qatılanda Çin Yeni Zelandiyanın əsas ticarət partnyorlarından deyildi, ancaq hazırda Çin onlar üçün ən vacib bazara çevrilib. O, hətta artıq Çində istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdığını da qeyd edir. Ancaq yenə istehlakçının istehsalçıdan daha çox standartlara riayət etməli olduğunu vurğulamağı da unutmur.
Ünlü xanım hazırda Asiya ölkələrinin daha yaxşı inkişaf etdiklərini və özlərinə daha çox əmin olduqlarını, ona görə də hazırda mövcud olan beynəlxalq institutlar qarşısında daha az məsuliyyət daşıdıqlarını deyir: “Mənim fikrimcə, hazırkı standartlara cavab vermək üçün beynəlxalq təşkilatların strukturu yenilənməlidir.” O, son illərdə Çinli siyasətçilərin Şərqi və Mərkəzi Asiyanı və Yaxın Şərqi, bir sözlə, Çindən Türkiyəyə qədər olan əraziləri əhatə edən yeni bir blokun yaradılması barədə danışıqlarının şahidi olduğunu deyir.
Xanım Şipli deyir: “Bu ərazilərdə müşahidəçi olmaq çox maraqlıdır. Çünki mən buraya hər dəfə gedəndə Asiya haqqında nə qədər az bildiyimin şahidi oluram. İnsanlar mənim Asiya üzrə ekspert olduğumu düşünəndə mən sadəcə təəccüblənirəm, çünki mən sadəcə müşahidəçiyəm”.
***
...Namibiyaya səfəri Cürətli Səfərlər adlı televiziya verilişində yayınlanmış xanım Şipli, sonralar bu səfər zamanı rastlaşdığı bir məktəbə yardım etmək üçün xeyriyyəçiliyə başlamışdır.
Siyasətdən getdikdən sonra Şipli və ərinin əyalətə – Auklanda köçdükləri iddia edilirdi. Ancaq onlar hələ də Nyumarketdə yaşayırlar və Şipli burada iki hobbisini – üzgüçülük və alış-verişi – rahatlıqla həyata keçirir.
Bir maraqlı xüsusa diqqət çəkmək istərdik. Nədənsə Şiplinin memuarları heç bir mətbu orqan üçün maraqlı olmayıb və çoxları bunu nəşr etməkdən yayınıblar. Ancaq Şipli özü, ofisində hələ də bir çox maraqlı faktlarla dolu sənədlərin olduğunu deyir.
O, hazırda Yeni Zelandiya da daxil olmaqla 6 ölkədə fəaliyyət göstərən “Moni İnterneşnl “qrupunun sədridir. O, “Momentum” adlı insan qaynaqları şirkətinin Direktorlar Şurasının üzvüdür.
***
Xanım Şipli Madrid Klubunun və Qadın Dünya Liderləri Şurasının üzvüdür. O, istər Klub, istərsə də Şura üzvi olaraq, beynəlxalq əməkdaşlıq mühitinin gücləndirilməsi, mövcud imkanların səfərbərliyə alınması kimi fəaliyyətlərdə bulunur; hər il vaxtının ən azı 5 həftəsini bu qurumların tədbirlərində iştiraka sərf edir. Yeri gəlmişkən, 2001-ci ildə 70-dən çox keçmiş liderin təşəbbüsü ilə yaradılan Madrid Klubunun əsas məqsədi yeni gəlmiş siyasi liderlərə çətin məsələlərin öhdəsindən gəlməkdə yardım etməkdir. Bu Kluba üzvlük dəvətlədir və Şipli, dünyanın bu hissəsindən – Yeni Zelandiyanın aid olduğu geopolitik məkandan olan yeganə üzvüdür.
“Mən çox şadam ki, bizim qüvvəmiz mən düşündüyümdən də daha vacib rol oynayır, çünki, biz asanlıqla Müsəlman liderlə Xristian lideri bir araya gətirir; mübahisəli məsələləri həll etməkdə liderlərə kömək edirik. Biz təcrübəli liderlərin təcrübəsini gənc liderlərə ötürürük.”
Onun qadınların statusu haqqında fikirləri də çox maraqlıdır və ...bir kitab mövzusu ola biləcək qədər genişdir. O, hələ də deputatlara müəyyən məsələlərdə yardım və məsləhətlər verməyə hazırdır: “Onlar bilirlər ki, mən Milli Partiyanı 100% dəstəkləyirəm, ancaq heç vaxt onları təqdir etmirəm.”
Şəxsi həyatı
Cennifer Meri Yeni Zelandiyanın güney şəhəri olan Qorda da 1952-ci ilin 4 fevralında anadan olmuşdur. 1971-ci ildə Melburn Qızlar Kollecini bitirdikdən sonra 1976-cı ilə kimi ibtidai məktəblərdə müəllim işləmişdir. 1973-cü ildə o, Borton Şilpi ilə ailə qurmuş və Eşbotonda yaşamağa başlamışdır.
Cenni Şipli əri Bertonla birlikdə ailə həyatını və karyerasını necə uğurla gerçəkləşdirmənin mükəmməl modelini yaratmışdır. Londonda Nokia üçün kommunikasiya departamentinin direktoru işləyən qızları Anna tez-tez valideynlərinə baş çəkir.
Şipli ötən il vəfat etmiş anası üçün darıxır, ancaq Bertonun anası onları Yeni Zelandiyada saxlayan yeganə insandır.
“Mənim Yeni Zelandiyada əvvəllər xoşladığım şeylər indi də xoşuma gəlir. Əgər bütün bunlardan bezsəm, onda bunu necə dəyişəcəyimi bilirəm...”

632