Yaxın Şərq alovlanır
Yaxın Şərq ölkələrində kütləvi aksiyalar, qarşıdurmalar davam edir.
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün İranda müxalifət və hakimiyyət tərəfdarları ötən gün aksiyalarda həyatını itirən Sanei Jale adlı tələbənin dəfn mərasimində baş verib.
Dəfn mərasiminə hər iki tərəf qatılıb. Müxalifət tərəfdarları Sanei Jalenin müxalifət Yaşıllar Hərəkatının üzvü olduğunu, hökumət tərəfdarları Sanei Jalenin Bəsicin “Bəsic” üzvü olduğunu, müxalifətçilər tərəfindən öldürüldüyünü iddia edirlər.
Dəfn mərasiminə qatılan hökumət tərəfdarları müxalifət lideri Mehdi Kərrubinin əleyhinə sözlər yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər. İran Dövlət Televiziyasının yaydığı məlumata görə, İran hakimiyyəti cümə günü müxalif hərəkata qarşı böyük bir aksiya keçirməyə hazırlaşır və bununla bağlı xalqa müraciət edilib.
Bəhreyndə də artıq 3-cü gündür ki, aksiyalar davam edir. “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, aksiyalar mütəşəkkil təşkil olunub və müxaliflər paytaxt Manamanın İnci Qovşağı meydanını Misirdə inqilabın simvolu sayılan Qahirənin Təhrir meydanı kimi bir meydana çevirəcəklərini bildiriblər. Paytaxt küçələrində müxtəlif qrupların keçirdikləri aksiyalar səngimir. Müxalif Milli İslam Alyansı Birliyinin rəhbəri Şeyx Salman deyib ki, baş naziri xalq seçməlidir: “Demokratik bir dövlət, hökuməti xalqın seçdiyi konstitusiyalı bir monarxiya istəyirik”. O, İranda olduğu kimi din xadimlərinin idarə etdiyi bir rejim istəmədiklərini də söyləyib.
Yəməndə də sular durulmur. Bu gün Yəməndə 6-cı gündür ki, prezident Ali Abdullah Salihin istefasını tələb edən müxalifət tərəfdarları aksiya keçirirlər. “Reuters”in məlumatına görə, paytaxt Sanada müxalifət və prezident tərəfdarları arasında qarşıdurma davam edir. Qarşıdurma əsasən Sana Universiteti ətrafında baş verir. Olaylar zamanı “Associated Press” agentliyinin bir müxbiri və “El Arabiya” telekanalının operatoru və 3 qəzet jurnalisti döyülüb.

572