Ərəbistan Bəhreynə qoşun göndərdi - FOTO
Səudiyyə Ərəbistanın kralı Abdulla Bəhreyndə kral hakimiyyətinə qarşı başlayan kütləvi aksiyaların yatırılması üçün qoşuna sərhədi keçməyi əmr edib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı və Bəhreyni birləşdirən sərhəd-keçid məntəqələri mülki şəxslər üçün bağlanıb və hərbi maşın kolonu ilə Səudiyyə Ərəbistanı ordusunun minlərlə əsgəri sərhədi keçib.
İranın ABNA agentliyi Səudiyyə Ərəbistanı qoşunlarının sərhədi keçməsini əks etdirən fotoşəkillər də yayıb.
Qeyd edək ki, dünən axşama qədər sünni kral ailəsinin hakimiyyətdən uzaqlaşmasını yalnız ölkədəki şiə çoxluq tələb edirdisə, artıq sünnilər də kral hakimiyyətinə qarşı başlanan aksiyalara qoşulublar. Sünni yaşayış məntəqələrində keçirilən aksiyalarda kral Hamad İsa əl-Xəlifənin istefası tələb olunur. Elə buna görə də ötən gün Bəhreyn kralı hakimiyyətini qorumaq üçün Səudiyyə Ərəbistanının kralı Abdullaya müraciət edib və Səudiyyə Ərəbistanın ordusunun sərhədi keçərək ona yardım etməsini istəyib. Səudiyyə Ərəbistanı hakimiyyəti Bəhreyndə baş verən kütləvi iğtişaşların bu ölkənin ərazisində də yayılacağından qorxur. Şiələr yaşayan rayonlarda, o cümlədən neft yataqları və limanlar ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

930