Lavrov İranı niyə dəstəkləyir?
Londonda keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onlar Yaxın Şərq dövlətlərində «inqilaba çağırışı məhsuldar saymır»lar.
Onun sözlərinə görə, Rusiya inqilabı yaşayıb və belə bir təcrübəni arzulamır: «Bunun yerinə beynəlxalq ictimaiyyət belə bir şəraitdə tərəfləri konstruktiv danışıqlara çağırmalıdır».
S.Lavrov Qərb dövlətlərini baş verənlərin acı nəticələrindən xəbərdar edib: «Demokratiyanın İran və ya Bəhreyndə müəyyən edilmiş sortunun yayılması ağır sonuc verəcək». O, Fələstindəki parlament seçkilərində terrorçu HƏMAS-ın hakimiyyətə gəlişini xatırladıb.
Atom-nüvə proqramına görə İrana tətbiq edilən və ediləcək sanksiyalara toxunan rusiyalı diplomat bildirib ki, Rusiya İrana qarşı gələcək sanksiyaları dəstəkləyə bilməz. S.Lavrov İranın nüvə proqramında əli olanlara qarşı hətta qismən də olsa sanksiya tətbiq etmək imkanlarının tükəndiyini söyləyib: «Bundan sonrakı sanksiyalar İran iqtisadiyyatının boğulması və bu ölkə əhalisi üçün sosial problemlərin yaranması deməkdir».
O, İrana qarşı birtərəfli sanksiyalar “5+1” qrupu ilə BMT Təhlükəsizlik Şurasının birgə işinə xələl gətirdiyini də vurğulayıb.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə Lavrovun dediklərinin əksinə olaraq, bildirib ki, krallıq Misirdə, Tunisdə və ya başqa bir ölkədə insanların sərbəst toplaşmaq hüququnu dəstəkləyir. O, əlavə edib ki, London bütün dövlətlərin başçılarını, ilk növbədə İranı bu hüquqa hörmət etməyə çağırır.
Demokratiya sahəsində Rusiya Federasiyasının vəziyyəti Misir və başqa müsəlman dövlətlədəkindən heç də yaxşı deyil. Bu baxımdan, Lvarovun narahatlığı başa düşüləndir.
İş o yerə çatıb ki, Moskvada çıxan «The Moscow Post»da özünü «Vaşinqton post» kimi aparmağa çalışır. Fevralın 14-də Tehran və İranın başqa şəhərlərində keçirilmiş etiraz aksiyalarına dair bu qəzetdə çap olunmuş yazıda bildirilib ki, həmin aksiyaların arxasında İran Xalq Mücahidləri təşkilatı durur: «Onlar bir polisi odlu silahla öldürüb, 9-nu isə yaralayıb. Qiyamçılar İran prezidenti Mahmud Əhmədinejadın devrilməsini tələb edir. İrandakı ictimai qarışıqlığın arxasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi durur».
Qəzetin yazdığına görə, yaraqlı mücahidləri MKİ-nin təlimçiləri təlimatlandırır: «ABŞ-ın xüsusi xidmət orqanları mücahidlərə himayədarlıq edir».
Yazının sonunda Moskvanın məqsədi ortaya çıxır. Qəzet bu məqsədi belə açıqlayıb: «Maraqlıdır, görəsən, amerikalılar başqa dövlətlərin daxili işinə qarışmaqdan nə vaxt əl çəkəcək?»
Məqsədimiz mücahidləri və ABŞ-ı dəstəkləmək deyil. Çünki mücahidlərin siyasi-ideoloji baxışı indiki hakimiyyətdən heç nə ilə fərqlənmir. Eyni zamanda onların proqramında Azərbaycan türklərinin milli haqlarının təmini ilə bağlı bir cümlə belə yoxdur.
Başqasının daxili işinə qarışmaq məsələsində isə Moskva başqalarından heç də geri qalmır. Bunu ərazisi Rusiyanın himayədarlığı ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan daha yaxşı bilir. Xocalı faciəsini törədən Rusiyanın 366-cı motoatcı alayının ermənilərə yardımı unudulubmu? Bu baxımdan, Moskvada çıxan qəzet «öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtarır».
Ancaq «The Moscow Post»un Tehranda baş verənlərlə bağlı fikrilərinin Tehran rəsmilərinki ilə üst-üstə düşməsi də az maraq doğurmur.
Tehran hakimiyyəti ölkədəki müxalif düşüncəliləri öz istəyincə ləkələmək üçün bu dəfə «The Moscow Post»u tora salıb. Lavrovun çıxışı isə fikrimcə, daha çox Kremlin öz hayına qalması kimi dəyərləndirilə bilər.
Sədrəddin Soltan

489