İran müxalifətinin liderləri xalqa müraciət etdilər
APA-nın “kaleme.com” saytına istinadən verdiyi məlumata görə, Kərrubi bəyanatında 14 fevral aksiyalarında baş verən qarşıdurmanı, ölüm hallarını pisləyib: “Biz İran Daxili İşlər Nazirliyinə Misir və Tunis xalqına dəstək olmaq üçün hörmət əlaməti olaraq məktub göndərmişdik. Təəssüflər olsun ki, kütləvi informasiya vasitələrinin bizə qarşı müxtəlif şər və böhtanları ilə qarşılaşdıq. Bütün əlaqə telefonlarımız bağlandı, özümüz ev dustağına çevrildik. Aksiyalarda iştirak edə bilmədik. Aksiyada qarşıdurmalar baş verib. Burada iştirakçılar arasında ölüm və xəsarət alma xəbərini eşitdik. Bundan təəssüfləndik. Bu hadisədə şəhid olan Sane Jale və Məhəmməd Muxtarinin ailələrinə baş sağlığı verib, onlara Allahdan səbir diləyirəm.”
Bəyanatda siyasi məhbusları azad etmək, müstəqil qəzet və agentliklərə işləməyə imkan yaratmaq tələb olunur: “Mən xalq və İmam Xomeyni ilə bağladığım əhdə vəfalıyam. Heç bir təhdiddən qorxum yoxdur”.
Mirhüseyn Musəvi də 14 fevralda keçirilən aksiyalarda şəhid olanların ailələrinə başsağlığı verib və göstərdiyi şücaətə görə azadlıqsevər xalqı ilə qürur duyduğunu deyib: “14 fevralda biz qüdrətli xalqın qadın və kişisinin şücaətinin şahidi olduq. Müxtəlif qadağalara baxmayaraq siz xalqda olan bəzi inamsızlıqları inamla əvəz etdiniz. Beynəlxalq aləmdə və daxildə bəzi qüvvələr bizi Amerika və İsrailin xüsusi xidmət orqanlarına bağlamaq istədilər. Amma siz bu iddiaları heçə endirdiniz. Yaşıllar hərəkatı siz xalqın əzminə və iradəsinə bağlıdır. Biz bu kimi aksiyalar və hərəkatlar nəticəsində sizin hüquqlarınızın bərpasına nail olacağıq. Biz İmam Xomeyni və xalqa verdiyimiz sözlərə vəfalıyıq”.
Qeyd edək ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, bu gün 14 fevral aksiyalarında öldürülən Sane Jale və Məhəmməd Muxtarinin dəfn mərasimində müxalifət nümayəndələri ilə hökumət qüvvələri arasında növbəti toqquşma olub. Toqquşmalarda ölən və yaralananların olduğu bildirilir.

Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05