İranda Yaponiya səfirliyinin əməkdaşı da tutulub
16 fevral 2011 13:28 (UTC +04:00)

İranda Yaponiya səfirliyinin əməkdaşı da tutulub

Rəsmi məlumatlara görə, həmin aksiyalarda bir nəfər öldürülüb, yüzdən çox yaralanan var. Min nəfərədək etiraz iştirakçısı həbs olunub. Müşahidəçilərin sözlərinə görə, onların arasında aksiyaya aidiyyatı olmayanlar da olub. Belələrindən biri də Yaponiyanın Tehrandakı səfirliyinin əməkdaşıdır. Onun şəxsiyyəti haqda hələ məlumat verilməyib.

Qeyd edək ki, səfirliyin texniki işçiləri də müəyyən toxunulmazlığa malikdirlər. Onların da həbsi ilə bağlı sanksiyanı prokuror verməlidir. Bu sayaq əməli ilə Tehran hakimiyyəti beynəlxalq hüquq normalarını pozub.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama İran rəhbərliyini dinc nümayişçilərə zor tətbiqini qınayıb. O, İslam Respublikası hakimiyyətini və Orta Şərq dövlətlərinin başçılarını demokratik aksiyaların dağıdılmasından çəkinməyə çağırıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar