Səudiyyə Ərəbistanının müftisi: “Ölkədə üsyan başlayacaq”
16 fevral 2011 12:25 (UTC +04:00)

Səudiyyə Ərəbistanının müftisi: “Ölkədə üsyan başlayacaq”

Səudiyyə Ərəbistanının müftisi Şeyx Yusif əl-Əhmədin internetdə videoçıxışı yerləşdirilib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Şeyx Yusif əl-Əhməd deyib ki, Səudiyyə Ərəbistanında işsizliyin səviyyəsi 22 faizi keçib.


Müfti keçən il baş verən subasma zamanı Cəddə şəhərində onlarla insanın ölümünün səbəbini də minlərlə insanın evsiz olması ilə əlaqələndirib: “Xalqın qəzəbi misilsizdir və Səudiyyə Ərəbistanında üsyanın başlayacağı gün uzaqda deyil”.


Yusif əl-Əhməd kral Abdullanı da açıq tənqid edib. O, ər-Riyadda Kral Abdulla və qızlar üçün Şahzadə Nur universitetlərinin tikilməsinin səhv addım olduğunu vurğulayıb: “Bu universitetlərin binalarının tikintisinə müvafiq olaraq, 112 və 72 milyard dollar xərclənib. Bu pullara 72 universitet tikmək və 300 min insanı işlə təmin etmək olardı”.

Bu, Səudiyyə Ərəbistanının kralı Abdullaya ilk gözlənilməz və ciddi zərbə sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar