İran hakimiyyəti aksiyalar görə ABŞ və İsraili günahlandırdı
16 fevral 2011 11:44 (UTC +04:00)

İran hakimiyyəti aksiyalar görə ABŞ və İsraili günahlandırdı

İran hakimiyyəti fevralın 14-də paytaxt Tehranda və digər şəhərlərdə keçirilən kütləvi aksiyalara görə ABŞ, İsrail və İran müxalifətinin məsuliyyət daşıdığını bildirib. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin spikeri Əli Laricani belə bir bəyanatla çıxış edib.


İran daxili işlər nazirinin müavini Əhməd Reza Radan da spikerin mövqeyini dəstəkləyib. İran parlamentində deputatların əksəriyyəti adından ümumi bəyanat da qəbul edilib. Bəyanatda kütləvi iğtişaşlara görə müxalif düşərgənin liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi, o cümlədən sabiq prezident Məhəmməd Xatəmi günahlandırılır.


İran prezidenti Mahmud Əhmədinejat da hüquq-mühafizə orqanlarını aksiya təşkilatçılarını cəzalandırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar