Cənubi Sudanda kütləvi qətliam
Müstəqilliyini elan edən Cənubi Sudanda axan qan dayanmır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, son bir həftədə neft zəngini Cunqli əyalətində 200 nəfərdən çox mülki şəxs öldürülüb.
Qeyd edək ki, Cənubi Sudanda mərkəzi Sudan hakimiyyətinə qarşı aparılan savaşın əsas təşkilatçılarından biri olan general George Athor keçən il Cənubi Sudanda keçirilən yerli seçkilərin saxtalaşdırıldığını iddia edərək silahlı mücadiləyə başlayıb. Ancaq keçən ay Cənubi Sudanda müstəqilliklə bağlı referendumun keçirilməsi ilə əlaqədar tərəflər atəşkəs sazişi imzalayıblar.
Əhalinin 99 faizinin Cənubi Sudanın müstəqilliyinin lehinə səs verdiyi referendumdan sonra isə fevralın 10-dan general George Athorun rəhbərlik etdiyi qiyamçılarla ordu arasında yenidən döyüşlər başlayıb.
Cunqli əyalətini ziyarət edən Cənubi Sudan rəsmiləri mülki vətəndaşların bir çayda toplanaraq kütləvi şəkildə öldürüldüklərini bildiriblər. Toplanan cəsədlər toplu məzarlarda dəfn edilib. Cənubi sudanlılar Xartum hökumətini üsyançı generala vertolyotlarla pul və silah göndərməkdə ittiham edib.

Oxşar yazılar

Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49