Təhrir meydanında amerikalı jurnalisti zorlayıblar
16 fevral 2011 10:26 (UTC +04:00)

Təhrir meydanında amerikalı jurnalisti zorlayıblar

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, hadisə fevralın 11-də - prezident Hüsnü Mübarəkin istefa verdiyi elan olunan vaxt baş verib.

Təhrir meydanına toplaşan kütlə Hüsnü Mübarəkin istefası xəbərini bayram etməyə başlayıb. Lora Laqan da çəkiliş qrupu və mühafizəçilər ilə meydana gəlib. Həmin vaxt 200 nəfərdən çox idarəolunmaz kütlə 30 yaşlı Lara Loqanı çəkiliş qrupundan və mühafizəçilərdən ayırıb. Daha sonra jurnalistə zor tətbiq olunub və o, bir neçə dəfə zorlanıb. Lara Loqanı seksual manyakların əlində həmin vaxt meydanda olan qadınlar və Misir ordusunun 20 əsgəri xilas edib. Bundan sonra Lara Loqan çəkiliş qrupunun üzvlərini tapıb və ABŞ-a geri qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar