Bəhreyndə yenə qan töküldü
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2 aksiya iştirakçısı da həyatını itirib. Beləliklə, dünəndən başlayaraq aksiyalarda həyatlarını itirən şiələrin sayı 4 nəfərə çatıb. Müxalifətdə olan şiələrin İslam Assosiasiyası Partiyası baş verənlərə etiraz əlaməti olaraq deputatlarını parlamentdən geri çağırıb. 40 deputatı olan Bəhreyn parlamentində İslam Assosiasiyası Partiyasının 18 deputatı var.
Bəhreyn Daxili İşlər Nazirliyi bildirib ki, bu gün dünən polislə toqquşma zamanı ölən aksiya iştirakçılarının birinin dəfəni ilə bağlı keçirilən mərasim zamanı qarşıdurma baş verib. Bu zaman təhlükəsizlik qüvvələri atəş açıb və 2 nəfər həyatını itirib.
Hazırda paytaxt Manama ətrafındakı kəndlərdə, xüsusən Manamanın qərbində və şimalında yerləşən yaşayış qəsəbələrində şiələrin kütləvi aksiyaları keçirilir. Artıq aksiyaların Manamanın tarixi mərkəzi olan Balad əl-Kadim məhəlləsində də başladığı barədə xəbərlər daxil olub.
Xatırladaq ki, fevralın 14-də Bəhreyndə sünnilərlə bərabər şiələrin də seçki hüquqlarının əksini tapdığı yeni Konstitusiyanın qəbul edilməsi, baş nazirin seçki yolu ilə müəyyənləşməsi, siyasi məhbusların azad edilməsi və işgəncələrə son qoyulması tələbi ilə keçirilən kütləvi aksiyalarda ölənlər olub. 2 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Qeyd edək ki, Bəhreyndə əhalinin əksəriyyətini şiələr təşkil edir, hakim kral ailə isə sünnidir. Aksiyaların təşkilatçıları sosial şəbəkələrdən istifadə edir və Bəhreyn əhalisini hakimiyyətdən çəkinməyərək dinc aksiyalar çıxmağa çağırırlar.

Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58