Ermənistandan atom şantajı
15 fevral 2011 18:23 (UTC +04:00)

Ermənistandan atom şantajı

Ermənistandakı Atom Elektrik Stansiyasının (AES) istismar müddəti 2016-cı ildə başa çatır. Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanda 2016-cı ilə kimi yeni AES-in tikilərək istifadəyə verilməsi real sayılmır.

Bu gün Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan bəyan edib ki, hazırda fəaliyyətdə olan AES-in fəaliyyəti yalnız yeni AES tikilib istifadəyə verildikdən sonra dayandırılacaq. O, yeni AES-in 2017, yaxud 2018-ci ildən sonra istifadəyə verilə biləcəyini də istisna etməyib.

Armen Movsisyan onu da bildirib ki, bu ilin aprelində İrəvanda atom enerjisi probleminə həsr olunmuş böyük konfrans keçiriləcək. Konfransa AES tikintisinə maraq göstərən bütün sərmayəçilər dəvət ediləcəklər. Erməni nazir ümid edir ki, ilin sonuna qədər ölkədə AES tikmək istəyən sərmayəçilərin dairəsi müəyyənləşəcək.

Qeyd edək ki, 201-cu ilin avqustunda Rusiya və Ermənistan arasında yeni AES-in tikilməsini nəzərdə tutan anlaşma imzalayıb. Anlaşmaya əsasən, Rosatom Ermənistanda 60 il istismar müddəti olan 1060 meqavat gücündə AES tikməlidir. Ancaq AES-in tikintisinin maliyyələşdirilməsi məsələsi hələ tam həllini tapmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar