Qəzzafinin də qanını qaraldırlar
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Liviya Camahiri Təşkilatında bir araya gələn 213 nəfər Liviya prezidenti Müəmmər Qəzzafini istefa verməyə, ölkədə keçid dönəminin dinc keçməsini təmin etməyə çağırıb.
Müraciətə imza atanlar arasında professorlar, vəkillər, həkimlər var, mühəndislər, keçmiş diplomatlar və hərbçilər var. Müraciətə imza atanlar hakimiyyəti fevralın 17-də keçiriləcək aksiya iştirakçılarına qarşı zor tətbiq etməməyə çağırıblar: “Müəmmər Qəzzafi və onun ailə üzvləri hakimiyyəti xalq təmsilçilərinə təhvil verməli, Tunis və Misirdə olduğu kimi xalq hərəkatına mane olmağa cəhd göstərməməlidirlər. Liviya liberallaşma və plüralizm yolunu əsas götürməlildir”.

623