Məşhur heykəli oğurladılar - FOTO
Belçikanın Qeraardsberqen şəhərinlə mərkəzi meydanda olan qədim “Manekken Pis” (“İşəyən uşaq”) fontanı oğurlanıb.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, miniatür-heykəl formasındakı məşhur fontanı oğurlayanlar isə artıq bəyanat veriblər.
“Manekken Pis Azadlıq Cəbhəsi” adından yayılan bəyanatda bildirilib ki, bu, həmin miniatür-heykəlin Brüssel hakimiyyəti tərəfindən 1600-cü ildə hazırlanaraq bu şəhərə hədiyyə edilməsi barədə hazırlanan telereportaja etiraz olaraq bu addımı atıblar. Onlar yerli əhalinin buna etiraz etməməsindən əsəbiləşiblər. Çünki tarixi salnamələrdə “Manekken Pis”in hələ 1499-cu ildə şəhərdə olduğu yazılıb. Bu isə “Manekken Pis”in Brüsselin simvolu olan oxşar miniatür fontandan 160 il “yaşlı” olduğunu göstərir.
“Manekken Pis” oğurlayanlar yaxın vaxtlarda açıqlayacaqları şərtlər yerinə yetirildikdən sonra onu qaytaracaqlarını bildiriblər. Şəhər bələdiyyəsi bu oğruların pis niyyətli olmadığı qənaətindədir. Polis isə “Manekken Pis”i bu səhər iki gənc oğlanın oğurladığı barədə şahidlərdən məlumat alıb.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13