Mərkəzi Rusiyanı don vuracaq
Rusiya Fövqəladə Hallar Nazirliyi Mərkəzi ölkədə güclü şaxtanın olacağı ilə bağlı xəbərdarlıq edib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, xəbərdarlıqda qeyd olunub ki, 15-21 fevral tarixlərində gecələr temperatur mənfi 24-29 dərəcə olacaq.
Gündəlik orta temperatur isə mənfi 12 dərəcə təşkil edəcək. Fövqəladə Hallar Nazirliyi şaxtalarla əlaqədar elektrik enerjisi təchizatı sisteminin çox yüklənməsi, eyni zamanda elektrik avadanlıqlarından və qaz sobalarından düzgün istifadə edilməməsi nəticəsində yaşayış binalarında, səhiyyə müəssisələrində, məktəblərdə və sosial xidmət mərkəzlərində yanğın ehtimalının artacağını bildirib.
Fövqəladə Hallar Nazirliyi şaxtalar səbəbindən nəqliyyatın hərəkətində də ciddi problemlər yaranacağını proqnozlaşdırır.

623