“Playboy” gecəsində “legioner xəstəliyi”
ABŞ-da 170 nəfər məşhur “Playboy” jurnalının Los-Ancelsdəki redaksiyasında keçirilən ziyafət məclisində “legioner xəstəliyi”nə yoluxublar. Lent.az-ın “Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, xəstəxanaya gələn ziyafət iştirakçılarına bu diaqnoz qoyulub.
Xatırladaq ki, fevralın 3-də əfsanəvi “Playboy” Mansion binasında informasiya texnologiyaları mütəxəssislərinin ənənəvi “DOMAİNfest” konfransı keçirilib. Həkimlər təhlükəli xəstəliyin ocağının da məhz orada olduğun güman edirlər. Bu xəstəliyə yoluxanların hərarəti yüksəlir, titrəyir, öskürür və özlərini zəif hiss edirlər.
Ancaq “Playboy” jurnalının 84 yaşlı qurucusu Xyu Xefner xəstəliyin ocağının jurnalla bağlı olmasını təkzib edib. O deyib ki, “Playboy” jurnalının heç bir işçisi, o cümlədən həmin vaxt keçirilən ziyafət məclisində dceylik etmiş şəxs də xəstələnməyib.
Qeyd edək ki, “ligioner xəstəlyi”nə səbəb olan bakteriyalar qapalı sistemdə hava dövranı zamanı aktivləşirlər.

595