Pentaqona 671 milyard dollar lazımdır
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə Pentaqona 671 milyard dollar lazımdır. Məsələn, İraq və Əfqanıstanda hərbi əməliyyatların davam etdirilməsi və zəruri ehtiyacların təmin olunması üçün 118 milyard dollar xərclənməlidir. Müdafiə naziri Robert Qeyts deyib ki, əgər Əfqanıstanda vəziyyət yaxşılaşarsa, bu ölkədən ABŞ qoşunları tezliklə çıxarılarsa, o halda hərbi xərclərə qənaət etmək mümkündür.
552