Kralın səhhəti pisləşir
15 fevral 2011 11:04 (UTC +04:00)

Kralın səhhəti pisləşir

Belindəki yırtıqdan və ürək-damar xəstəliklərindən əziyyət çəkən, 2010-cu ilin sonlarında Nyu-Yorkda cərrahi əməliyyat olunan Səudiyyə Ərəbistanın kralı Abdullanın şüurunun zəifləməsi müşahidə olunur.


Lent.az-ın verdiyi məlumata görə, ABŞ-ın “World Tribune” qəzeti Qərb ölkələrinin kəşfiyyatına əsaslanaraq, belə məlumat yayıb. Hazırda Mərakeşdə reabilitasiya kursu keçən 86 yaşlı kralın səhhəti son bir neçə gündə kəskin pisləşib. Məhz buna görə də keçən həftənin cümə axşamı hətta kral Abdullanın ölümü barədə də xəbər yayılıb və bu, sonradan Səudiyyə Ərəbistanının xarici işlər naziri Saud əl-Feysəl tərəfindən təkzib edilib.


Ancaq Qərb kəşfiyyatı kral Abdullanın yaxın günlərdə öləcəyinin gözlənilmədiyini, bununla belə onun ağlını itirməsi prosesinin davam edəcəyi qənaətindədir.

“World Tribune” yazıb ki, kral Abdulla Misirdə hadisələrin gərgin anında ABŞ prezidenti Barak Obmaya telefon açaraq, yaxın dostu Hüsnü Mübarəkin müdafiə edilməsini tələb edəndə ağır vəziyyətdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar