Mübarəkə toxunmurlar
Misiri idarə edən Ali Hərbi Şura ABŞ, Böyük Britaniya və Fransaya müraciət edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi rəhbərlik sabiq prezident Hüsnü Mübarək administrasiyasının keçmiş məmurlarının bu ölkələrdə olan hesablarının dondurulmasını xahiş edib.
Siyahıda Hüsnü Mübarək və onun ailə üzvlərinin adları yoxdur. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq dünən belə bir müraciət aldıqlarını təsdiqləyib. Misir hakimiyyəti analoji müraciəti Avropa Birliyinə də ünvanlayıb. Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin məsələni bu gün keçiriləcək xüsusi iclasda müzakirə etmələri gözlənilir.
Xatırladaq ki, İsveçrə Hüsnü Mübarək prezident postundan istefa verəndən dərhal sonra onun və ailə üzvlərinin hesablarını dondurduğunu açıqlayıb. Böyük Britaniya da Misirin yeni rəhbərliyi müraciət edərsə, belə bir addım atmağa hazır olduğunu bəyan edib.

Oxşar yazılar

Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü
28 iyul 2025 , 02:28
Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43