Tehran küçələri motosikletli polislərin nəzarətində
14 fevral 2011 19:54 (UTC +04:00)

Tehran küçələri motosikletli polislərin nəzarətində

Lent.az «Qazeta.ru»-ya istinadən xəbər verir ki, ölkə paytaxtının əsas küçə və meydanlarında çoxlu sayda polis və xüsusi təyinatlı dəstələr yeridilib. Onlar motosikletlə küçələrdə hərəkət edərək, müxalifətin toplaşmasına mane olmağa çalışır. Bununla belə müşahidəçilərin dediyinə görə, yüzlərlə etirazçı bir yerə toplaşa bilib.

Hələlik nisbi sakitlik hökm sürür, qarşıdurma yoxdur.

Xatırladaq ki, bu günlərdə prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvinin yaxın ətrafından 8 nəfər həbs edilib. Başqa bir müxalifətçi Mehdi Kərrubi isə həftənin sonunadək ev dustağıdır. Həyat yoldaşından başqa heç kimə onun evinə getməyə icazə verilmir.
İran hakimiyyəti bəyan edib ki, müxalifətin fəaliyyətini işıqlandıracaq informasiya vasitələri qapadılacaq və lisenziyası alınacaq.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar