Misirdə ikinci etiraz dalğası başladı
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Qahirədə İsgəndəriyyə Bankına əks istiqamətdə bank işçiləri aksiya keçirib. Bank işçiləri əmək haqlarının qaldırılmasını tələb edir, menecerlərə çox böyük məbləğdə məvacib verilməsinə etirazlarını bildirirlər.
Radio və Televiziya İdarəsinin binası qarşısında isə rabitəçilər aksiya keçirirlər. Onlar da maaşlarının qaldırılmasını istəyirlər. Nil çayı sahilində də 70 təcili tibbi yardım maşını dayanıb və həkimlər də maaşlarının yüksəldilməsi tələbi ilə aksiyaya başlayıblar. Piramida vadisində isə maaşın yüksəldilməsi tələbi ilə turizm sektorunda çalışan işçilərin aksiyası keçirilir.
Bütün bunların nəticəsində Misirdə banklar və Qahirə Birjası bu gün işləməyib. Ali Hərbi Şura ölkəni bürüyən yığıncaq və mitinqlərin qarşısını almaq üçün qapalı iclaslar keçirir.

500