Ölüm oyunu –
15 fevral 2011 06:22 (UTC +04:00)

Ölüm oyunu –

Rusiya hüquq-mühafizə orqanları ötən gecə ağılsızcasına Moskva metrosunun “Filevsk” xəttində qatarın damına atılan və həlak olan tələbələrin şəxsiyyətini müəyyənləşdirib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər erməni tələbələr - 19 yaşlı Viktor Vartanyan və İvan Mikirtumovdur.

Tələbələr vaqonların üzərinə atılmaqla bu xətti yeraltı keçiddən yox, elə vaqonların üzəri ilə keçmək istəyiblər. Viktor Vartanyanın beyin sümüyü, İvan Mikirtumovun isə boyun fəqərəsi qırılıb. Moskva Metropoliteni üzrə Milis İdarəsinin mətbuat katibi Aleksey Mışlyayev deyib ki, tələbələrdən birincisinin meyiti “Kiyevskaya” stansiyasında, digəri isə 10 dəqiqə sonra “Kuntsevskaya” və “Pionerskaya” stansiyaları arasında tapılıb.

Rusiya Təhqiqat Komissiyası tələbəlin ölümü ilə bağlı araşdırma aparır. Milis bildirib ki, tələbələrin üzərində xizəkçi eynəkləri, toxunma papaqlar, dəri əlcəklər olub və bu, hansısa oyunu xatırladır. Viktor Vartanyan və İvan Mikirtumov şəhərətrafı elektrik və metro qatarları ilə qaydaları pozaraq “qarmaqlanmaq” oyunu oynamağa, “əylənməyə” cəhd göstəriblər. Bu oyunun iştirakçıları elektrik qatarlarının arxasından sallanır, hərəkət edən qatarların damına çıxırlar. “Qarmaqçı”lar əsasən qatarın bir stansiyadan digərinə hərəkəti zamanı məharətlərini göstərir, bunu videolentə alaraq “YouTube” kimi servislərdə yerləşdirirlər.

Sosial şəbəkələrdə ən böyük “qarmaqçılar” qrupunun 2 min nəfərdən çox üzvü var. “Metroqiprotrans”ın baş arxitektoru Nikolay Şumakov deyib ki, bu oyun yüz faizli ölüm riskidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar