Bəhreyn kralının pulu işə yaramadı
14 fevral 2011 17:49 (UTC +04:00)

Bəhreyn kralının pulu işə yaramadı

Bu gün Bəhreyndə müxalifətin çağırışı ilə “Qəzəb günü” aksiyası planlaşdırılır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub.

Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir. Bəhreyndə əhalinin əksəriyyətini təşkil edən şiələr iqtidardakı sünni kral ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar.

Qeyd edək ki, ötən həftə Bəhreyn kralı Həmad Bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib. Ancaq bu vədlər də ciddi nəticə verməyib.

Yəməndə isə mindən çox müxalifətçi baş nazir Əli Abdullah Salehin istefası və islahatların həyata keçirilməsi tələbi ilə aksiya keçirib. Universitet tələbələri, insan haqları müdafiəçiləri və vəkillər paytaxt Sənada yürüşə çıxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar