Hava limanında cinsi orqanları göstərən cihaz!
İngilislər hava limanlarında “X-ray” cihazının quraşdırılmasından narazıdırlar
Səfərə gedənlərin bədənlərini ekranda çılpaq göstərə bilən “X-ray” cihazı İngiltərənin Mançestr Hava Limanında quraşdırılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, cihazın sərnişinlərin cinsi orqanlarını ağ-qara rəngdə, o cümlədən bədənə taxılmış silikonları dəqiqliklə göstərməsi mübahisələrə yol açıb.
Hava limanının müştərilərlə əlaqələr üzrə nümayəndəsi Sara Barrett deyib ki, sərnişinlərin bədənlərinin ağ-qara görüntüləri uzaqda qurulmuş ekrana ötürüləcək, qısa müddətdən sonra da silinəcək. Onun sözlərinə görə, bu cihazın qarşısına keçmək istəməyən sərnişinlər ənənəvi qaydada yoxlanılmalarını da istəyə bilərlər.
“X-ray” cihazının qiyməti 80 min sterlinqdir. Bu cihaz elektromaqnit dalğaları vasitəsilə insanın üç ölçülü görüntüsünü çıxarır. Sara Barrett bildirib ki, hər bir insan ildə 5 min dəfə bu cihazdan keçsə də, radiasiya təhlükəsinə məruz qalmayacaq, çünki elektromaqnit dalğaları zəifdir.
Qeyd edək ki, “RapiScan” adlı şirkətin istehsal etdiyi “X-ray” cihazları Nyu-York, Los-Ancels və Heathrov hava limanlarında 2004-cü ildən istifadə edilir.

Oxşar yazılar

Keçmiş hərbçi təyyarəni qaçırdı, sərnişinləri və pilotu bıçaqladı
18 aprel 2025 , 13:58
Tanınmış aparıcının saxta pasportları üzə çıxdı – ARAŞDIRMA BAŞLAYIR
18 aprel 2025 , 10:42
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf etdilər
18 aprel 2025 , 07:29
ABŞ Yəməni VURDU: 30-dan çox ölən var-YENİLƏNİB
18 aprel 2025 , 06:53
Bayden tədbirlərə 300 minə gedir
18 aprel 2025 , 06:26
Çilidə güclü zəlzələ baş verdi
18 aprel 2025 , 05:15
Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinala yüksəldi
18 aprel 2025 , 01:56