Mübarək komaya düşdü
Lent.az-ın “Al Masri –al Yaum” qəzetinə istinadən verdiyi məlumata görə, Misirin yeni hakimiyyəti və Hüsnü Mübarəkin ailəsi sabiq prezidenti xəstəxanaya yerləşdirməklə bağlı qərar verməyiblər, o, hələ də evdədir.
Ancaq bu vaxta qədər Hüsnü Mübarəkin komaya düşməsi barədə rəsmi məlumat da açıqlanmayıb. Qəzet qeyd edir ki, Hüsnü Mübarək istefa verməmişdən öncə səlahiyyətlərinin bir qismini vitse-prezident Ömər Süleymana verəcəyini, ancaq seçkilərə qədər simvolik olaraq prezident postunda qalacağını bəyan etdiyi çıxışını hazırlayarkən özünü pis hiss edib. Çıxışı Hüsnü Mübarəkin oğlu yazıb, sabiq prezident çıxış yazılarkən bir neçə dəfə huşunu itirib.
Qahirədə gəzən söz-söhbətə görə, Hüsnü Mübarək müalicə üçün keçən il cərrahi əməliyyat olunduğu Almaniyaya getməyə hazırlaşır.
Qeyd edək ki, ötən gün Misirdə baş nazir səlahiyyətlərini icra edən Ahmed Şafik deyib ki, Hüsnü Mübarək Şarm-əl-Şeyxdəki iqamətgahındadır.

546