Bir gilə siqaret... 10 ay həbs
Len.az-ın “7sur7.be” saytına istinadla verdiyi xəbərə görə, hadisə 2010-cu ilin dekabrında Belçikanın Lyej şəhərində baş verib. Əvvəllər törətdiyi cinayətlərə görə polisin diqqət mərkəzində olan 24 yaşlı Belçika vətəndaşı səhər saatlarında parkda gəzişən piyadanın ağzından siqareti qapıb. Hadisəyə şahid olan polis işçisi dərhal müdaxilə edib.
Lyej şəhər məhkəməsi əvvəllər də müxtəlif cinayətlərdən məhkum olunmuş şəxsi şərti olaraq 10 aylıq həbs cəzasına məhkum edib. Bu dəfə isə ona ictimai asayişi pozma ittihamı irəli sürülüb.
Vüqar
Lyej şəhər məhkəməsi əvvəllər də müxtəlif cinayətlərdən məhkum olunmuş şəxsi şərti olaraq 10 aylıq həbs cəzasına məhkum edib. Bu dəfə isə ona ictimai asayişi pozma ittihamı irəli sürülüb.
Vüqar
653