İran hakimiyyəti Misir hadisələrindən təşvişə düşüb
Fevralın 6-da İranın bir qrup vətəndaşı Misirdə inqilaba dəstək üçün ölkədə kütləvi aksiya keçirilməsinə icazə verilməsi üçün ali dini lider ayətulla Xamneyiyə müraciət edib. Lent.az-ın “zman.com” saytına istinadən verdiyi məlumata görə, ayətulla Xamneyi xahişi rədd edib.
İran hakimiyyəti xüsusi xidmət orqanlarına xariciləri, ilk növbədə ABŞ vətəndaşlarını həbs etməyi tapşırıb. Misirlə bağlı informasiyaların verilməsi də məhdudlaşdırılıb.
ABŞ hakimiyyəti hesab edir ki, Misirlə bağlı informasiyaya axınını məhdudlaşdırması İran hakimiyyətinin xalqından qorxduğunu göstərir. Ağ Evin mətbuat katibi Robert Qibbs deyib ki, İran Misir hadisələri və prezident Hüsnü Mübarəkin istefası ilə bağlı telekanalların verilişlərinə süni şəkildə maneə yaradır.

573