Pişiklərin qənimi...
12 fevral 2011 17:16 (UTC +04:00)

Pişiklərin qənimi...

ABŞ diplomatlarının məxfi yazışmalarını yaymaqla məşhurlaşmış “Wikileaks” saytının qurucusu Culian Assancın pişiklərin qənimi olduğu üzə çıxıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, “Wikileaks” saytında çalışan ilk komandanın üzvü olmuş almaniyalı kompüter dizayneri Daniel Domşayt-Berq bu barədə xatirələrinin yer aldığı “İnside Wikileaks” adlı kitabında yazıb.


Daniel Domşayt-Berq bildirir ki, Culian Assang həmişə onların evinə gələndə pişiklərini incidib: “Culian Assanc həmişə hər kəslə, o cümlədən mənim “Qerr Şmidt” adlı pişiyimlə də birincilik uğrunda mübarizə aparıb. Culian Assanc hər dəfə mənim Visbaden şəhərindəki evimə gələndə “Qerr Şmidt”də psixoz başlayırdı. Culian Assanc pişiyə hücum çəkir və onu boğmağa çalışırdı. “Qerr Şmidt” bir neçə dəfə Culian Assancı dişləyib və onun dişlərinin yerindən qan da axıb. Culian Assancın bizim evə gəlməsi pişiyim üçün əsl dəhşətə çevrilirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar