Əlcəzair də qaynayır
Əlcəzairdə də hakimiyyəti təlaş bürüyüb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, keçirilən aksiyaları dayandırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbərliyə alınıb.
Əlcəzair şəhərinə minlərlə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hökumət aksiyaları qadağan etsə də, müxalifətçilər və hüquq müdafiəçilərinin təşkilatçılığı ilə insanlar küçələrə çıxır, həyat şəraitlərinin yaxşılaşdırılmasını, hüquq və azadlıqların genişləndirilməsini tələb edirlər.
Qeyd edək ki, dünən Əlcəzair polisi Misir prezidenti Hüsnü Mübarəkin istefa qərarını açıqladıqdan sonra bu hadisəni qeyd etmək üçün küçə və meydanlara axışan kütlələrin qarşısını almaqda çətinlik çəkib.

740