Mübarəkin getdiyi yer məlum oldu
11 fevral 2011 17:15 (UTC +04:00)

Mübarəkin getdiyi yer məlum oldu

Qahirəni tərk edən Misir prezidenti Hüsnü Mübarək Şarm El Şeyx şəhərində bir villadadır.


Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail telekanalları məlumat yayıb.

Bu arada “Əl-Cəzirə” telekanalı artıq 400 nəfərdən ibarət qrupun maneələri aşaraq Qahirədə Prezident Sarayı önünə gəldiyi və aksiya keçirdiyi barədə xəbər yayıb. Prezident Sarayı ilə aksiyanın keçirildiyi yer arasında yalnız bir avtomobil yolu var. Aksiyaçılar Hüsnü Mübarək əleyhinə şüarlar səsləndirir, onu istefa verməyə çağırırlar. Prezident Sarayı önündə tikanlı məftillər çəkilib, tanklar yerləşdirilib. Ordu aksiyaçılara müdaxilə etmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar