Hüsnü Mübarək istefa vermədi
11 fevral 2011 01:28 (UTC +04:00)

Hüsnü Mübarək istefa vermədi

Bu gün Misir prezidenti Hüsnü Mübarək növbəti dəfə xalqa müraciət edib. APA-nın xəbərinə görə, bəzi beynəlxalq KİV-lər bu açıqlamanın Mübarəkin son çağırışı olacağını, istefa verəcəyi barədə məlumat vermişdilər.

Lakin H. Mübarək bundan əvvəlki açıqlamasını demək olar ki, təkrarlayıb. “Misirlilər öz gələcəklərini özləri həll edərlər” ifadəsi ilə müraciətinə başlayan H. Mübarək bir daha növbəti prezident seçkilərinə qatılmayacağını, lakin növbəti seçkilərə qədər də hakimiyyəti təhvil verməyəcəyini bildirib. O, hakimiyyəti sentyabr ayında təhvil verəcəyini bildirib.

Mübarək kütləvi aksiyalarda ölənlərin olmasından üzüldüyünü, kütləvi aksiyalar zamanı öldürülənlərin qatillərinin tapılmasına çalışdıqlarını bildirib.

Misir prezidenti ölkədə siyasi və iqtisadi islahatlar aparacağını, Konstitusiya dəyişikliklərini vəd edib. Xarici sərmayənin ölkəyə gətirilməsi, xarici iş adamlarına etibarlı şərait yaradacağını da bildirib.

O, müxalifəti yenidən dialoqa dəvət edib.

H. Mübarək ona xarici təzyiqlərin olduğunu da söyləyib və “biz heç kimsənin oyuncağı deyilik” deyib.

H. Mübarək çıxışını Misirdən getməyəcəyini ifadə edən sözlərlə bitirib:

“ Həyatımın başlanğıcı da burdaydı, sonu da burda olacaq. Torpağın altına girənə qədər bu ölkədə olacağam. Allah Misiri qorusun!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar