Misir ordusu proseslərə müdaxilə edəcəyini açıqladı
Lent.az-ın “əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, komandanlıq ölkədəki böhranın həll edilməsinə qarışmaq niyyətini açıqlayıb.
Silahlı Qüvvələrin nümayəndəsi bildirib ki, bu qərar prezident Hüsnü Mübarəkin iştirakı olmadan keçirilən iclasın yekunu əsasında qəbul edilib. Hərbçilər müntəzəm toplaşaraq vəziyyəti müzakirə etmək, ölkədə sülh və qayda-qanunu dəstəkləmək qərarına gəliblər.
Bundan əlavə, hərbçilər ən yaxın vaxtda xüsusi kommünike dərc etməyi planlaşdırırlar. Bu kommunikedə Misir şəhərlərində toplaşan nümayişçilərin bütün tələbləri əks olunacaq.
Təhrir meydanında toplaşan yüz minlərlə insan bu xəbəri alqışla qarşılayaraq, “Ordu və xalq birdir!” şüarı səsləndiriblər.
Qeyd edək ki, bundan əvvəl Mübarəkin fevralın 10-da axşam səlahiyyətlərini vitse-prezident Ömər Süleymana təhvil verəcəyi barədə şayiələr dolaşıb. Bundan dərhal sonra prezidentin istefasını tələb edən aksiya iştirakçıları bütün ali məmurların istefasını tələb ediblər. Onlar hökumət və parlamentin buraxılmasını da istəyirlər.
Qeyd edək ki, fevralın 11-nə ən böyük etiraz aksiyası təyin olunub. Bu aksiyada 20 milyon adamın iştirak edəcəyi gözlənilir.

Oxşar yazılar

BRİCS-in yeri və tarixi bəlli oldu
16 fevral 2025 , 01:29
Məşhur iş adamı həbs olundu - Demirören Holdinqdən açıqlama
16 fevral 2025 , 00:38
Bu ayın sonunda Putin və Tramp görüşəcək
15 fevral 2025 , 21:40
Heyvanxanada eşşəkləri rəngləyib zebraya çevirdilər
15 fevral 2025 , 19:01
Tramp vaxt qoydu: bu müddətə Rusiya-Ukrayna müharibəsi bitməlidir
15 fevral 2025 , 18:39
Bu cütlük dünyanın ən uzun evlilik rekordunu qırdı
15 fevral 2025 , 18:31
Bardan qovulan kursant görün necə qisas aldı
15 fevral 2025 , 06:25