Salehinin Avropaya giriş qadağası götürülür
10 fevral 2011 22:01 (UTC +04:00)

Salehinin Avropaya giriş qadağası götürülür

Çünki bu yolla ölkədəki çoxsaylı problemlərin həll edilməməsində “təcavüzkarı” günahlandırmaq, eləcə də müəyyən müddətə beynəlxalq ictimaiyyətin qınağından yayınmaq mümkündür.

Ancaq aparıcı dövlətlər İran rejiminin bu “arzusundan” xəbərdar kimi görünürlər. Odur ki, ona qarşı yeni sanksiyaların tətbiqi istisna edilmir.

Britaniyanın xarici işlər naziri Uilyam Heyq körfəz ölkələrinə səfəri zamanı beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları gücləndirməyə çağırıb. “BBC”nin yaydığı məlumata əsasən, nazir deyib ki, növbəti yasaqlar Tehranı nüvə proqramından əl çəkməyə vadar edəcək. Onun sözlərinə görə, İran hakimiyyəti ilkin şərtlərdən imtina etməyənədək onunla danışıqlar mümkün deyil.

Xatırladaq ki, İranın nümayəndə heyəti ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edib.

“İTAR-TASS”ın məlumatına əsasən, Fransanın Vaşinqtonda səfərdə olan müdafiə naziri Alen Jüppe deyib ki, beynəlxalq ictimaiyyət İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymaması ilə barışa bilməz: “Biz İrana qarşı siyasi və iqtisadi təzyiqləri artırmalıyıq. Rəsmi Paris hələ də əmindir ki, sanksiyalarla Tehranı uranı zənginləşdirməkdən çəkindirib, danışıqlar masası arxasında oturtmaq olar”.

Vaşinqtondakı görüşü zamanı fransalı nazir Pentaqonun başçısı Robert Geytslə də İranla bağlı məsələni müzakirə edib.

Maraqlıdır ki, Avropa Birliyi yaxın zamanda İranın yeni xarici işlər naziri Əli Əkbər Salehiyə tətbiq olunan yasağı götürmək niyyətindədir. Avropa Birliyinin ali komissarı Ketrin Eşton bildirib ki, belə qadağaların xarici işlər nazirlərinə tətbiq edilməməsi haqda qərar qəbul edilib: “Əks halda dövlətin bu məmurları üzərilərinə düşən vəzifənin öhdəsindən gələ bilməz”.

Qeyd edək ki, 2010-cu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə (İslam İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri, onun kəşfiyyat üzrə müavini, “BƏSİC”in komandanı Hüseyn Taib, sosial təminat naziri Sadıq Məhsuli, daxili işlər naziri Mustafa Məhəmməd –Nəccar, baş prokuror Qulamhüseyn Möhsüni-Ejei, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi, Tehran polis qoşununun komandanı Əhmədrza Radan, informasiya və milli təhlükəsizlik naziri Heydər Möslehi (ETTELAAT-ın başçısı) sanksiya tətbiq edilib.


Yeri gəlmişkən, İranın yeni xarici işlər naziri Əli Əkbər Salehi də atomçu kimi Avropa dövlətlərinin “qara siyahısın”da idi. İslam Respublikasının vəzifəli şəxsləri ilə birlikdə avropalılar Salehini də atom-nüvə sahəsindəki fəaliyyətinə görə siyahıya salmışdılar. Həmin vəzifəlilərin Avropa ölkələrinin ərazisinə daxil olması yasaqdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar