Kral ölməyib
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, kral ailəsi kral Abdullanın hazırda Mərakeşdə olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.
Hələ ki, ölkə hakimiyyəti məsələ ilə bağlı rəsmi açıqlama verməyib. “Reuters” agentliyi Fars körfəzində olan 2 diplomatın da kralın səhhəti ilə bağlı hər hansı dəyişiklik barədə xəbər eşitmədiklərini söylədiyini də yazıb.
Qeyd edək ki, keçən ilin noyabr-dekabr aylarında ABŞ-da onurğasında 2 cərrahi əməliyyat keçirən 86 yaşlı kral Abdulla Mərakeşin Kasablanka şəhərində reabilitasiya kursu keçir. Fizioterapiya kursu krala aktiv siyasi fəaliyyətlə məşğul olmağa mane olmur. Az əvvəl o, ABŞ prezidenti Barak Obama ilə Misirdəki vəziyyəti müzakirə edib.

589