Çinlilər saxta düyü hazırlamağa başlayıblar!
Çin şirkətləri kütləvi şəkildə saxta düyü istehsalına başlayıblar. Lent.az-ın “Global Times” qəzetinə istinadən verdiyi məlumata görə, əvvəlcə kartofdan dənəvar düyü formaları hazırlanır.
Sonra da içi boş olan bu dənəvar formalara sintetik qətran doldurulur. Hətta qaynadıldıqdan sonra da bu “düyü”lər möhkəm qalır. Saxta düyülər artıq Çinin Tayyuan şəhərində satışa çıxarılıb.
Ancaq bu, Çində saxta düyü hazırlanması ilə bağlı ilk hal deyil. 2008-ci ildə bir şirkət Sinan şəhərində adi düyüyə ətir vurub və ölkədə ən yaxşı düyü sayılan Uçan düyüsü adı ilə bazara çıxarıb. Həmin vaxt 300 min insan zəhərlənib, 6 uşaq ölüb. 2008-ci ildə Çin düyülərində melamin də aşkarlanıb.

905