Bir fotoşəkil konqresmenin karyerasına son qoydu!
10 fevral 2011 17:33 (UTC +04:00)

Bir fotoşəkil konqresmenin karyerasına son qoydu!

Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasına Nyu-Yorkdan deputat seçilən Kristofer Lee həmin qadınla ABŞ-ın ən böyük elan saytı “Craigslist” vasitəsi ilə görüşüb.


Kristofer Lee qadına internetdə beldən yuxarı çılpaq olduğu şəklini göndərib. Həmin fotoşəkil ilk dəfə “Gawker” adlı bir saytda yayımlanıb. Adı açıqlanmayan qadın həmin fotoşəkli və konqresmenlə yazışmalarını sayta özünün göndərdiyini söyləyib.


Bu, evli və 1 uşaq atası olan, gələcəyi parlaq siyasətçilərdən sayılan Kristofer Leenin taleyini həll edib. Konqresmen əvvəlcə bu problemi xanımı ilə birlikdə çözəcəyini söyləyib. Ancaq dünən axşam saat 18:00 radələrində 46 yaşlı siyasətçinin istefa verdiyi məlum olub.


Kristofer Lee istefa verməsi ilə bağlı açıqlamasında ailəsini çətin duruma düşürən hərəkətə yol verdiyi üçün peşman olduğunu dilə gətirib: “Ailə üzvlərimdən açıq ürəklə üzr istəyirəm. Böyük səhvlər etdim və bağışlanmağım üçün əlimdən gələn ən yaxşı şeyləri edəcəyəm”.


Qeyd edək ki, bacarıqlı iş adamı olan Kristofer Leenin istefası Nümayəndələr Palatasına seçilməyə hazırlaşdığı ikinci dönəmə təsadüf edib. O, təbliğat kampaniyaları dövründə Respublikaçılar Partiyasının maliyyə xərcləri ilə bağlı ağırlığı üzərinə götürən əsas şəxslərdən biri olub. Nümayəndələr Palatasında iqtisadiyyat komitəsinə daxil olan Kristofer Lee siyasi karyerasında bənzərinə az rast gəlinən sürətlə yüksəlməsi ilə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar