Arvad davası düşdü, ev yandı
10 fevral 2011 14:15 (UTC +04:00)

Arvad davası düşdü, ev yandı

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, həmin ərazidə yaşayan Əlifağa Hüseynovun evi yanıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar məhv olub.

Məsələ ilə bağlı Ə.Hüseynov RPŞ-yə ərizə ilə müraciət edərək evinin qonşusu Əsgərağa Bayramov və onun oğlu Elməddin tərəfindən qəsdən yandırıldığını bildirib.

Belə ki, hər iki qonşu ailə arasında uzun müddətdir ki, münasibətlər korlanıb. Onlar artıq bir-birlərindən dəfələrlə polisə şikayət ərizəsi ünvanlayıblar.

Verilən məlumata görə, ailələr arasındakı narazılıq hər iki kişinin həyat yoldaşı arasında münasibətlərin korlanmasından sonra daha da pisləşib.

Faktla bağlı araşdırma aparılır. Hələlik saxlanılan yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar